AVTO

19 Fevral

"AvtoVAZ" ötən il 196 milyon avro xalis zərər edib

Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən, 2020-ci ildə “AvtoVAZ” bir il əvvəlki 72 mln.avro mənfəətə qarşı 196 milyon avro məbləğində xalis zərərlə qarşılaşıb.

Bu barədə Volqa Avtomobil Zavodunun əsas səhmdarı olan Fransanın “Renault” şirkətinin maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, şirkətin 2020-ci ildəki əməliyyat mənfəəti təqribən 2019-cu ilin səviyyəsində qalıb – 130 mln. avroya qarşı 129 mln. avro, vergilərə qədər mənfəəti 3,6 dəfə – 77 mln. avroyadək artıb, əsaslı xərcləri 27% artaraq 172 mln. avroya çatıb, gəlirləri isə 17% azalaraq 2,8 mlrd. avro təşkil edib.

“Renault”nun hesabatına görə, “AvtoVAZ”ın uzunmüddətli öhdəlikləri 2020-ci ildə 22% artaraq 1,122 mlrd. avroya, qısamüddətli öhdəlikləri isə 18% artaraq 1,021 mlrd. avroya çatıb.