AVTO

19 Fevral

Türkiyənin avtomobil ixracının 90%-i Avropanın payına düşür

Bu ilin yanvar ayında Türkiyənin minik avtomobillərinin ixracı 823,8 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Türkiyənin Uludağ Avtomobil İxracatçıları Birliyinin hesabatında deyilir.

Qeyd olunub ki, bu ilin yanvar ayında Türkiyənin avtomobil sənayesinin ixracı 2,267 mlrd. dolları üstələyib. Bunun da 36,3%-i minik avtomobillərin payına düşüb.

Yanvarda Türkiyə dünyanın 75 ölkəsinə avtomobil ixrac edib. Əvvəlki aylarda olduğu kimi, yanvar ayında da Türkiyənin avtomobil sənayesinin əsas idxalçıları Avropa ölkələri olub. Belə ki, hesabat ayında Fransa Türkiyədən minik avtomobillərinin tədarükündə lider olub – 175,15 mln. dollar. Bu ölkənin ardınca İtaliya (96,56 mln. dollar), Almaniya (79,341 mln. dollar), İspaniya (76,6 mln. dollar), Böyük Britaniya (44,427 mln. dollar), Polşa (43,962 mln. dollar), İsveç (40,108 mln. dollar), Sloveniya (32,997 mln. dollar), Misir (31,688 mln. dollar) və Belçika (28,653 mln. dollar) gəlir.