Hyundai şirkəti Ioniq 5 elektrik krossoverinin interyerinin bir hissəsini nümayiş etdirib və yeni arxitekturanın xüsusiyyətlərindən danışıb. Elektromobilin “yaşayış sahəsinin” mərkəzində Universal Island adlı mərkəzi konsolu yer alır.
Uzununa döğru hərəkət edən konsol, düşmə və minməni asanlaşdırmalıdır. Orta ölçülü Hyundai Ioniq 5 krossoveri koreya markasının elektrokarlar üçün xüsusi olaraq yaradılmış Electric-Global Modular Platform (E-GMP) platformasında inşa edilən ilk modeldir.
Elektrokarın künclərdə quraşdırılmış təkərləri və düz döşəməsi daxili məkanın tərtibatına fərqli şəkildə yanaşmağa və təkərlər üzərində bir növ "yaşayış sahəsi" yaratmağa imkan verib. Ioniq 5 modelinin interyerinin əsas elementi Universal Island adlanan hərəkət edən mərkəzi konsoludur.