General Motors konserni Chevrolet Bolt hetçbeki vasitəsilə əlçatan elektromobillər bazarında sıçrayış etmək niyyətində idi.
Lakin elektrokar gözlənilən uğuru əldə edə bilmədi. 2017-ci ildən bəri dünyada müxtəlif markalar altında 100 mindən bir qədər çox elektrokar satılıb. Müqayisə üçün, Tesla Model 3 sedanı yalnız 2020-ci ildə və yalnız ABŞ bazarında 167 mindən çox nüsxədə satılıb. Buna baxmayaraq,
GM konserni Bolt ilə vidalaşmaq niyyətində deyil. Əksinə, elektrokar restaylinqdən keçib və üstəlik, onun daha böyük tələbata malik olacaq Bolt EUV (Electric Utility Vehicle) adlı kross-versiyası yaradılıb.