AVTO

17 Fevral

“Ai-92”nin keyfiyyətində problemlər var - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub bununla əlaqədər olaraq biz materialları təhlil ediri. Biz tərəfdən lazım olan nəzarət metodlarının müzakirəsini aparırıq. Yanacaq keyfiyyəti ilə əlaqədar olaraq yanacaq keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticəsində götrünür ki,  vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.

Fins.az  xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”. 

Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.