AVTO

17 Fevral

Lexus üç modelini təqdim edib

Lexus şirkəti bu il üç modeli təqdim etməyi planlaşdırır: IS F, LS F və LC F. Bu modellərdən ikisi tamamilə yeni V8 biturbomühərriki ilə təchiz ediləcəkdir.

Best Car Web nəşrinin Lexus şirkətindəki mənbələrinə istinadən verdiyi məlumata görə, şirkət bu ilin noyabr ayında üç modeli nümayiş etdirəcəkdir. Bu modellərin eyni anda və yaxud müxtəlif zamanlarda debüt ediləcəyi məlum deyil. İnsayderlər, Lexus şirkətinin payızda IS F idman sedanını təqdim edəcəyini bildirilblər.

Ən maraqlısı isə, peyda olmuş söz-söhbətlərin əksinə olaraq, “bərkgedən” sedanın altısilindrli mühərriki ilə deyil, digər modellərdən yaxşı tanış olan 5,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Digər iki yeni model - LS F sedanı və LC F kupesi isə, tamamilə yeni mühərriki alacaqdırlar.