Çinin "Geely Motors" şirkəti Rusiyada 18 mindən çox avtomobili geri çağırır.
Qərar şaxtalı havada yanacaq dəstəyinin zədələnməsi ehtimalı ilə əlaqədardır.
Bu nasazlıq nəticəsində avtomobildə yanğın baş verə bilər.
Geri çağırılma 2018-ci ildən etibarən istehsal olunan "Atlas" modellərinə şamil edilir.
Avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.