“Tesla” avtomobilləri bir müddət sonra Hindistanda istehsal oluna bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik tərəflər arasında müvafiq sənədin imzalanmağa yaxın olduğunu bildirib.
Məlumata görə, artıq altı aydır ki, Hindistanın Karnataka ştatında, Banqalor şəhəri yaxınlığında Tesla zavodunun inşası barədə danışıqlar gedir. Yaxın vaxtlarda prosesin müsbət sonluqla nəticələnəcəyi gözlənilir.
Xatırladaq ki, 2020-ci ilin avqustunda Tesla Çinin Şanxay şəhərində də öz müəssisəsini açıb və hazırda bu ölkədə premium elektromobillərin satışı üzrə liderdir.