AVTO

12 Fevral

Pərdə-plyonka ilə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir. Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.