AVTO

12 Fevral

Hyundai pilotsuz aparat təqdim edib

Hyundai Motor Group konserninin robotlaşdırılmış nəqliyyat vasitələrinin yaradılması üçün təsis etdiyi New Horizons Studio bölməsi yeni layihəsini təqdim edib.

Tiger X-1 adlanan nəqliyyat vasitəsi avadanlıq, qida və dərmanları ən uzaq və çətinliklə gedilə bilən yerlərə daşımaq üçün hazırlanmış addımlayan pilotsuz modul aparatıdır.