AVTO

08 Fevral

Yeni Nissan Frontier pikapı debüt edib

Nissan şirkəti Şimali Amerika bazarı üçün hazırladığı orta ölçülü Frontier pikapının yeni nəslini təqdim edib.

Model nostaljik bir görünüşə sahib olub, ancaq əvvəlki rama və şassi ilə yanaşı, habeelə bir il əvvəl əldə etdiyi V6 mühərrikini qoruyub. Standart olaraq, pikap 3200 millimetrlik təkər bazası ilə təklif ediləcəkdir, lakin oxlar arasındakı məsafə 3551 millimetrə bərabər olan uzun bazalı versiya da olacaqdır. Cəmi üç konfiqurasiya mövcuddur: bir yarımlıq King Cab, standart iki sıralı Crew Cab və uzadılmış Crew Cab.

Yük platformasının ölçüsü 1510 ilə 1860 millimetr, kuzovun uzunluğu isə 5339 ilə 5692 millimetr arasında dəyişir.