İlk dəfə yenilənmiş Toyota Camry modeli keçən ilin yayında ABŞ-da nümayiş etdirilmişdi. Yenilənmiş sedanlar ABŞ bazarında 25 min dollardan başlayan qiymətlər ilə satılır.
Avropa üçün nəzərdə tutulan yenilənmiş sedan noyabr ayında təqdim edilib. İndi isə, Yaponiya bazarında satılan modelin yenilənmiş versiyası debüt edib. Əslində, baş vermiş dəyişikliklər digər bazarlardakı ilə elə də fərqlənmir. Yenilənmiş Camry sedanını bir qədər dəyişdirilmiş dizaynı olan ön bamper və xrom haşiyələrə malik olan "uzadılmış" zolaqları olan radiator barmaqlığı sayəsində tanımaq olar.
Bundan başqa, avtomobilin WS (WorldwideSporty) indeksini daşıyan aqressiv görünüşlü versiyası da yüngül şəkildə dəyişdirilib: bamperdəki qala əlavələrin formaları dəyişdirilib.
Xatırladaq ki, belə versiya ABŞ-da da təklif edilir. Arxa tərəfin dizaynı dəyişilməyib.