“Apple” şirkətinin ilk elektromobili “Apple Car” “Hyundai Motor”un “Electric Global Modular Platform” (E-GMP) platformuna əsasən istehsal olunacaq.
Bu barədə “TF İnternational Securities”in eksperti Minq-Çi Kuo məlumat verib.
Belə ki, dekabr ayında açıqlanmış “E-GMP” iki motorla təchiz edilib və birdəfəlik tam doldurma ilə 500 km məsafə qət etmək iqtidarındadır. 18 dəqiqəyə 80 faizlik doldurula bilən batareyalara sahib olan “E-GMP” 3,5 saniyə ərzində 60 mil/saat sürəti toplamaqla maksimum 160 mil/saat (250 rm/saat) sürətə malikdir. "Apple" isə pilotsuz idarəetmə üçün müvafiq avadanlıq və proqram təminatı hazırlayacaq.
KIA şirkətinin ABŞ-dakı müəssisəsində 2024-cü ildən buraxılması güman edilən “Apple Car”dan 2025-ci ilədək 1 milyonadək istehsal olunması nəzərdə tutulur.
“Apple” həmçinin ABŞ-ın GMC və Avropanın PSA kimi nüfuzlu avtomobil istehsalçıları ilə də əməkdaşlıq etməyi düşünür.