BMW şirkəti rəsmi olaraq yeni M5 sedanının CS indeksli xüsusi versiyasını təqdim edib.
Məhdud sayda buraxılacaq eksklüziv modelin qiyməti 180.400 avro olacaqdır. Yeni BMW M5 CS sedanı 635 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Beləliklə, ekstremal sedan M5 Competition modeli ilə müqayisədə 10 at qüvvəsi daha güclüdür. Güc aqreqatı 8-pilləli “avtomat” ilə tandemdə çalışır.
Sedan 100 km/saat həddini üç saniyəyə toplayır. Eyni zamanda, ekstremal sedanın maksimal sürət həddi 305 km/saat təşkil edir.