Ötən il Böyük Britaniyada cəmi 920 928 avtomobil istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 29,3% azdır. Bu, 1984-cü ildən bəri rekord aşağı göstəricidir.
Bu barədə Böyük Britaniyanın İstehsalçılar və Dilerlər Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.
Bildirilir ki, pandemiya və sərhədlərin bağlanması fonunda ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən 2020-ci il ərzində istehsal ciddi zərərlə üzləşib. Əsas ixrac bazarlarında avtomobillərə olan zəif tələbat və "Brexit"lə bağlı qeyri-müəyyənlik problemləri bir qədər də artırdı. Avtomobil ixracı illik müqayisədə 29,1% azalıb, lakin Britaniyada istehsal olunan nəqliyyat vasitələrinin 81,3%-i (2019-cu ildə 81%) ixracın payına düşüb.