AVTO

29 Yanvar

Lotus yeni modelinin görüntüsünü təqdim edib

Lotus şirkəti yeni idman avtomobilinin tizerini dərc edərək, yaxın zamanlarda Elise, Exige və Evora modellərinin buraxılaşına son veriləcəyini təsdiqləyib.

Adı çəkilən sportkarların istehsalı bu il dayandırılmalıdır. Müasir Lotus sportkarları uzunömürlü modellərdir. Qeyd etmək gərəkdir ki, Elise modeli 1995-ci, Exige - 2000-ci, Evora isə 2008-ci ildə debüt ediblər. Buna baxmayaraq, bu modellərin eyni vaxtda təqaüdə göndəriləcəkdirlər: bu üçlüyün istehsalına bu il, tamamilə yeni Lotus Type 131 modelinin buraxılışının başlaması ilə son veriləcəkdir.

Bu məqsədlər üçün, Geely konserninə məxsus olan şirkət 250 nəfəri işə götürəcəkdir. Xatırladaq ki, Lotus şirkəti sonuncu dəfə, 2017-ci ilin sentyabr ayında 670 nəfəri işə götürmüşdü.