AVTO

28 Yanvar

BMW i4 modelinin sınaqları zamanı çəkilmiş video yayımlanıb

BMW şirkəti seriya kuzovu olan gələcək i4 elektrokarını ilk dəfə iki il bundan əvvəl nümayiş etdirib.

Lakin, bu müddət ərzində avtomobilin üzərindəki kamuflyaj örtüyü heç də azalmayıb - elektrokarın eksteryeri əvvəlki kimi kamuflyaj örtüyünə bürünüb.

Elektrik güc qurğusuna sahib olan yeni Gran Coupe modelinin hazırlanması getdikcə uzanır, ancaq şirkət heç nə olmamış kimi, vaxtaşırı olaraq texniki məlumatı dərc edərək i4 layihəsini xatırlatmağa çalışır.