AVTO

25 Yanvar

Peugeot da elektrik ötürməsinə keçir

Peugeot 208 hetçbekinin və 2008 krossoverinin növbəti nəsilləri tamamilə elektriklə hərəkətə gələcəkdir.

Bu barədə "Autoexpress" nəşri fransız markasının rəhbəri Jan-Fillip Imparatonun sözlərinə istinadən xəbər verir. Üstəlik, 208 və 2008 modellərinin varisi sayılacaq elektromobillər başqa adlar ala bilərlər. İmparatonun sözlərinə görə, yığcam modelləri daxili yanma mühərriklərindən məhrum etmək qərarı elektromobillərə olan yüksək tələbdən irəli gəlir.

Son 10 həftə ərzində 208 və 2008 modellərinə olan sifarişlərinin 14 faizini elektrik modifikasiyaları təşkil edib. Keçən il isə, dünya səviyyəsində satılan hər on Peugeot avtomobilindən biri elektrik mühərriki ilə təchiz olunmuşdu.