Bakıda yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlərin adları açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ən çox yol qəzaları paytaxtın Ziya Bünyadov prospekti (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsində (4-0-4) qeydə alınıb. Həmin ünvanlarda baş verən 161 yol-nəqliyyat hadisəsində 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu qəzalar ümumi hadisələrin 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.