AVTO

21 Yanvar

Honda yeni modelinin dəyişikliyinə hazırlaşır

Honda şirkəti yeni nəsil HR-V krossoverini təqdim edəcəyini bildirib: yeni krossover düz bir ay sonra, yəni 18 fevral 2021-ci il tarixində nümayiş etdiriləcəkdir.

Yeni krossoverə marağı artırmaq üçün, yapon markası iki tizeri dərc edərək, onun güc qurğuları barədə bəzi məlumatları açıqlayıb. Honda tərəfindən nəşr olunan şəkillərdə yeniliyin arxa hissəsi nümayiş etdirilir: şəkildə güclü mailliyə malik olan arxa dayaq təsvir olunub.

Arxa pəncərənin üstündə spoyler saxlanılsa da, damdakı antenna-üzgəcdən imtina edilib. Digər fərqlər arasında nazik formalı arxa fənərlər, əyri formalı arxa qapı və formasını yumrudan düzbucaqlıya dəyişən yanacaq çəninin qapağı var.