BMW şirkətinin Münhendəki Elmi-Tədqiqat Mərkəzində Phantom modelinin bazasında inşa edilən Rolls-Royce elektromobilinin prototipi sınaqdan keçirilib.
Aparılmış sınaqlarin nəticələrinə əsasən, məşhur britaniya markası, Silent Shadow("Səssiz kölgə") adlandırılmış ilk "yaşıl" avtomobilinin öz platformasına malik olacağına qərar verib.
BMW şirkətinin mühəndisləri tərəfindən yığılmış test prototipidən transmissiyanın sınaqları üçün istifadə ediləcəkdir. İlkin məlumatlara görə, Silent Shadow modelində quraşdırılacaq komponentlərin və qurğuların əksər hissəsi BMW iX krossoverindən və i7 sedanından götürüləcəkdir, lakin Rolls-Royce elektromobili alüminiumdan hazırlanmış məkanvari çərçivəli arxitekturada inşa ediləcəkdir.