Ferrari şirkətinin Purosangue ("Saf qanlı") adlandırılan ilk krossoverinin ilk videogörüntüsü peyda olub. Krossover üzərində çalışmalar 2018-ci ildən bəri davam edir.
Avtomobilin güclü kamuflyaja bürünmüş prototipi Maranello şəhərində yerləşən Ferrari zavodunun yaxınlığında keçirilən yol sınaqları zamanı çəkilib. Əvvəllər, Maserati Levante qılığına girən Purosangue modelinin statik şəkilləri casuslar tərəfindən çəkilmişdi, ancaq ilk dəfədir ki, krossoverin videogörüntüləri yayılıb.