SsangYong şirkətinin Direktorlar şurası Seul məhkəməsinə müflis olduğu barədə ərizə ilə müraciət edib.
Bu günə istehsalçının üç böyük banka olan borcu 165 milyard Koreya vonuna (149 milyon dollar) çatıb. Şirkət bu borcu ödəmək iqtidarında deyil. Böhran üç il əvvəl başlayıb.
SsangYong ciddi itkilərə məruz qalıb və onun ixrac bazarlarındakı payı minimuma enib.