Audi şirkətinin baş dizayneri Mark Lixte, VW Group tərəfindən Landjet kod adlı layihə çərçivəsində hazırlanacaq gələcək elektromobillə bağlı bəzi detalları açıqlayıb.
Daha əvvəl məlum olduğu kimi, Volkswagen Group konserni Audi, Bentley və Porsche markaları altında buraxılacaq olan Landjet kod adlı naməlum elektromobili hazırlayır. Audi şirkətinin baş dizayneri Mark Lixte Car Driver nəşrinə perspekti "vçoxmarkalı" elektrik avtomobilinin "inqilabi" bir dizayn malik olacağını bildirərək, alman markasının mövcud olan korporativ üslubunu yaddan çıxarmağı məsləhət görüb.