Avropa Komissiyası bir sıra şərtlərlə Fransanın “Peugeot SA” avtomobil istehsalçısının “Fiat Chrysler Automobiles NV” İtalya-ABŞ birgə konserni ilə birləşdirilməsinə dair təxminən 38 mlrd. ABŞ dolları dəyərində olan müqaviləni təsdiqləyib.
Bu barədə məlumatı Avropa Komissiyası yayıb.
“Avropa Komissiyası “Fiat Chrysler Automobiles NV” və “Peugeot SA” şirkətlərinin Avropa rəqabəti və birləşmə qaydalarına uyğun olaraq konsolidasiyasını təsdiqləyib. Əməliyyatın təsdiqlənməsi şirkətlər tərəfindən razılaşdırılmış öhdəliklər paketinə tam uyğun gəlmək şərti ilə təmin edilib”, - sənəddə deyilir.