Stiv Mattin AvtoVAZ şirkətini tərk etmək qərarına gəlib.
Rus istehsalçısının mətbuat xidmətindən verilən məlumata görə, dizayner "şəxsi səbəblərdən əməliyyat fəaliyyətindən uzaqlaşmaq qərarına gəlib".
1 yanvar 2021-ci ildən etibarən onun vəzifəsinin icrası Jan-Filipp Salara tapşırılacaqdır. Fransız dizayner Lada markasının dizayn üzrə direktoru vəzifəsinə təyin edilib.