AVTO

21 Dekabr

2020-ci ilin ən yaxşı avtomobili adına namizədlər AÇIQLANDI

Bakı 21 dekabr Fins.az

North American Car and Truck of the Year müsabiqəsinin münsiflər heyəti qısa siyahıya daxil olan modellərin adlarını açıqlayıb.

Əsas mükafat uğrunda üç asiya avtomobili - Genesis G80, Hyundai Elantra və Nissan Sentra mübarizə aparacaqlar. Bu modellər yüksək xalları toplamağa müvəffəq olublar. "Şimali Amerikanın ən yaxşı utilitar avtomobili" nominasiyasında mübarizə Ford Mustang Mach-E, Genesis GV80 və Land Rover Defender modelləri arasında gedəcəkdir. İlin ən yaxşı yük avtomobili adı uğrunda isə, yalnız amerikan modelləri - Ford F-150, Jeep Gladiator Mojave və Ram 1500 TRX pikapları yarışacaqdırlar.

Qaliblər avtomobil jurnalistlərindən ibarət olan münsiflər heyəti tərəfindən seçiləcəklər. Yarışmanın nəticələri 2021-ci ilin əvvəlində elan ediləcək və 11 yanvar tarixində açıqlanacaqdır.