AVTO

18 Dekabr

Bentley Bacalar modelinin sınaqlarına başlayıb

Bakı 18 dekabr Fins.az

Bu ilin mart ayında Bentley şirkəti Mulliner bölməsi tərəfindən hazırlanmış Bacalar rodsterini təqdim etmişdi. Bu rodsterlə Mulliner bölməsi unikal avtomobillərin inşası ənənəsini yenidən bərpa edib. Mulliner Bacalar modeli 12 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Rodsterin bütün tirajı onun rəsmi təqdimatından əvvəl satılıb.

Bununla birlikdə, Bentley şirkət yalnız bu günlərdə rodsterlərin yığılmasına başlamağa hazırlaşır və Car Zero adlandırdığı (tiraja daxil edilməyən) seriyaöncəsi prototipini ümumi istifadə yollarında sınaqdan keçirir.

Bacalar rodsteri Bentley Continental GT modelinə əsaslanır, lakin şirkət avtomobilin seriyaya hazırlanmasına ciddi şəkildə yaxınlaşıb: mühəndislər maksimal sürətlə dövrələrin vurulması, şassinin dəqiq tənzimlənməsi, səs-küy və vibrasiya izolyasiyasının yoxlanılması kimi bir sıra əsas testlər artıq başa çatıb.

Növbədə isə, 80 dərəcəlik istilərdə keçiriləcək testlərdir. Prototip iyirmi həftə sınaqdan keçiriləcək, bundan sonra Bentley müştərilər üçün nəzərdə tutulmuş avtomobillərin yığılmasına başlayacaqdır.

Xatırladaq ki, rodsterlərdən hər biri 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Mühərrik 8-pilləli robot və tam ötürmə sistemi ilə birlikdə çalışacaqdır. Hər bir Mulliner Bacalar modeli alıcının istəklərinə uyğun olaraq fərdi tərtibata sahib olacaqdır. Rodsterlərin müştərilərə çatdırmasına 2021-ci ildə başlamaq planlaşdırılır.