Bugatti və Almaniyanın TIDAL Audio şirkəti "ev səs sistemləri üçün yeni standart yaratmaq" üçün bir araya gələrək, ilk ortaq məhsulları olan döşəmədə quraşdırılan Royale akustik xəttini təqdim ediblər. Dinamiklər Bugatti hiperkarlarının üslubunda tərtibata malikdirlər və onların hazırlanmasında geniş çeşiddə materiallardan istifadə etmək təklif olunur.
Royale Series dinamiklərini alman istehsalçısının digər məhsulları ilə səhv salmaq mümkün deyil - bu dinamiklər axan xətləri olan zərif gövdədə yerləşdirilərək, Bugatti loqotipləri ilə bəzədiliblər. Hər bir "qüllə" dörd sabvufer və orta tezlikli drayveri olan üçzolaqlı ön tərəf, habelə almaz diafraqmalı yüksək tezlikli dinamik ilə təchiz edilir. Akustika aktivdir, yəni gücləndiricilər gövdənin daxilində yerləşirlər.
Belə dinamiklərin alıcısı iki dizayn tərtibatından birini seçə biləcər: Monocoque və ya Duotone. Lakin, fərdiləşdirmə imkanları bununla bitmir: "qüllələrin" gövdəsini karbon lifi, müxtəlif parçalar, dəri, paslanmayan polad, tündləşdirilmiş alüminium və hətta qiymətli metallar ilə bəzədilməsi təklif olunur. Həqiqi eksklüzivliyi sevənlər üçün ayrıca hədiyyə də hazırlanıb: ilk ilkin olaraq satışa vahid çalarlı Edition Noir və Edition Blanc dinamikləri çıxarılacaqdırlar. Hər bir dinamikdən 15 cüt buraxılacaqdır.
© Autograph