2020-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 2 705 ədəd yük avtomobili, 156 ədəd avtobus idxal olunmuşdur.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-oktyabr ayında Azərbaycana ümumilikdə 13 mln. 752 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4.3 dəfə azdır.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 156 ədəd avtobus (azalma 2.8 dəfə) idxal olunub. 2019-cu ilin eyni dövründə isə Azərbaycana 441 ədəd avtobus gətirilib.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycana 129 ədəd avtobus idxal edilib. Belə ki, təkcə oktyabr ayında isə gətirilən avtobusların sayı 27 ədəd olub.
Bundan başqa, cari ilin yanvar-oktyabr ayında Azərbaycana 39 mln. 439 min dollar dəyərində (azalma 18%) 2 705 ədəd yük avtomobili (azalma 8%) idxal edilib.