AVTO

16 Dekabr

Milli Məclisin maşını 5 040 AZN-ə satışa çıxarılıb (Siyahı)

Bakı 16 dekabr Fins.az

12 yanvar 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Satışda ümumilikdə 5 avtomobil olacaq.

Milli Məclisinin İşlər İdarəsinin balansında olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 5 040 manata təkrar hərraca çıxarılır.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu balansında olan nəqliyyat vasitələri (“Volkswagen Passat” markalı 2 nəqliyyat vasitəsi) satışda olacaq.

Bundan əlavə Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi (“Nissan Maxima”) 6 000 manata və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi (Toyota Land Cruiser) 27 900 manata  təklif olunacaq.

1-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

2-ci sətirdə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-4-cü sətirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun balansında olan nəqliyyat  vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

5-ci sətirdə  Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat  vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.