AVTO

16 Dekabr

Jaguar-ın əfsanəvi modeli yubileyini qeyd edir - FOTO

Bakı 15 dekabr Fins.az

Əfsanəvi Jaguar E-Type modeli özünün 60 illik yubileyini qeyd edir. Enzo Ferrarinin ən gözəl avtomobil adlandırdığı modelin təqdimatı 15 mart 1961-ci ildə keçirilib.

Fins.az xəbər verir ki, Jaguar Classic bölməsi, orijinal çertyoj və texnologiyalara əsasən hazırlanmış və 3,8-litrlik mühərrik ilə təchiz edilmiş E-Type kolleksiya avtomobilinin altı nüsxəlik tirajla buraxılacağını elan edib.

Əlavə olaraq, müasir Jaguar F-Type sportkarının xüsusi bayram versiyası hazırlanıb.