Bakı, 25 noyabr Fins.az
Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə köhnə avtomobillərin utilizasiyasına dair layihə hazırlanıb.
Bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan proqram müvafiq dövlət orqanları tərəfindən baxılır: "Artıq İqtisadiyyat Nazirliyi tərəfindən utilizasiya proqramının layihəsi hazırdır, sadəcə dövlət orqanlarında baxılmaqdadır".