Bakı, 24 noyabr Fins.az
Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.
Fins.az xəbər verir ki, Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında 1497 ədəd minik avtomobili istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 383 ədəd az minik avtomobili istehsal olunub.
Oktyabr ayı ərzində ölkəmizdə 115 ədəd minik avtomobili istehsal edilib.
Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz artıb.