Bentley şirkətinin yeni inkişaf strategiyasına görə, 2026-cı ilə qədər Britaniya markasının bütün modelləri elektrikləşdiriləcəkdir.
Fins.az xəbər verir ki, bu da W12 mühərrikinin karyerasının sonu deməkdir.
Dünyadakı yeganə W12 mühərriki, Volkswagen konserninin unikal məhsuludur. 2001-ci ildə işıq üzü görmüş aqreqat, o zamandan bəri demək olar ki, bütün Bentley modellərində - Bentayga, Continental GT və Flying Spur, habelə Audi markasının flaqmanı olan A8 sedanında istifadə edilib. Mühərrik kiçik dəyişikliklərlə bu günə qədər gəlib çatıb, lakin indi onun başının üstünü qara buludlar alıb.