Rusiyanın "AvtoVAZ" şirkəti 2020-2021-ci illərdə yeni minik avtomobilləri və yüngül kommersiya avtomobillərinin (LCV) satışlarının 9-11% aralığında azalacağını gözləyir.
Fins.az-ınverdiyi məlumata görə, bu barədə şirkətin xarici əlaqələr üzrə vitse-prezidenti Sergey Qromak bildirib.
"Analitiklərimiz bu il avtomobil bazarının həcmi 2019-cu ilə nisbətən 11% az olacağını təxmin edirlər. Gələn il isə azalmanın 9% olacağı gözlənilir. Bu və gələn il üçün bazarda azalma diapazonu təxminən 9-11% arasında qiymətləndirilir", - deyə şirkətin rəsmisi bildirib.
Xatırladaq ki, oktyabrda Rusiyada yeni minik avtomobillərinin satışları 7% artıb.