Bakı, 11 noyabr Fins.az
Yaponiyanın avtomobil istehsalçısı “Honda” şirkəti dünyada ilk dəfə olaraq beynəlxalq təsnifat üzrə üçüncü səviyyəli avtomatlaşdırmaya malik avtomobillərin satışına başlamaq niyyətindədir.
Fins.az xəbər verir ki, Yaponiyanın müvafiq qurumu pilotsuz idarəetmə üçün gərəkli avadanlıqla təchiz edilən premium sinfə aid “Legend” sedanına təhlükəsizlik sertifikatı verib.
Qeyd edilir ki, üçüncü səviyyəli avtomatlaşdırma sürətli yolda sürücünün iştirakı olmadan axında əyləc əməliyyatları, sürətlənmə və aşağı sürətli nəqliyyat vasitələrini keçmə əməliyyatlarını həyata keçirməyə imkan verir.