BMW həvəskarlarının uzun müddətdir gözlədiyi, iNext adlı elektrikli SUV avtomobilinin təqdimatı 11 noyabrda baş tutacaq.
2018-ci ildə BMW tərəfindən elan edilən iNext elektrikli SUV, gələn həftə onlayn olaraq keçiriləcək "NextGen" tədbirində təqdim ediləcək.
"NextGen" tədbirində daha hansı nəqliyyat vasitələri təqdim ediləcək?
Bundan başqa BMW Noyabrın 10-da, təqdimatından bir gün əvvəl, iNext elektrikli SUV avtomobili üçün mini-seriya buraxacaq. 6 seriyadan ibarət olacaq bu serial sənədli və əyləncə janrında olacaq.
NextGen tədbiri çərçivəsində sərgilənəck yeganə avtomobil İNext elektrikli SUV olmayacaq. 11 noyabrda BMW-nin motosikllərlə işləyən bölməsi Motorrad yeni motosikllərini elan edəcək. Əlavə olaraq 17 Noyabrda yeni Mini'lər haqqında promosyonlar olacaq. Çoxları tərəfindən bilinməsə də, 2000-ci ildə Mini BMW tərəfindən alınıb və o zamandan bəri BMW-nin alt markası kimi fəaliyyət göstərir.