Tesla-nın keçən il satdığı avtomobillərin sayı Toyota-nın 3,4% -dir, lakin elektrikli avtomobil istehsalçısının bazar dəyəri 6 Yapon avtomobil istehsalçısından daha yüksəkdir.
Toyota prezidenti Akio Toyodaya görə, Tesla bazar dəyəri baxımından Toyota-nı keçsə də, Yapon avtomobil istehsalçısının bu günə qədər 100 milyon avtomobil istehsal etdiyini unutmaq olmaz.
"Tesla, sixemlərinin gələcəyin standartı olacağını söyləyir. Ancaq Toyota-nın əsl mətbəxi və əsl aşbazı var." Toyoda, rəqiblərindən hələ çox şey öyrənə biləcəklərini vurğulayıb.
Səhm qiymətlərində itirdiklərini, ancaq istehsalda qazandıqlarını vurğulayan Toyota bildirilib ki,səhmlərin qiymətlərindən söz düşəndə itirə bilərik, amma istehsal olunan məhsullara gəldikdə, müştərilərimizin sərbəst seçə biləcəyi tam bir menyumuz var.
Müəllif: Aynur Qəniyeva