AVTO

01 Noyabr

“5G” avtobus hazırlanıb

Fins.az “Ferra.ru”-a istinadən xəbər verir ki, “Samsung” şirkəti “5G” avtobus hazırlayıb. Bildirilir ki, bunun üçün Cənubi Koreya şirkəti “5G” texnologiyalarına və onu dəstəkləyən öz cihazlarına diqqət çəkmək üçün hazırladığı yeni avtobusu Londonun mərkəzində yerləşdirib. 

 Məlumata görə, belə avtobusun içinə daxil olan şirkətin qonaqları “Xbox One” konsolunun kontrollerlərindən istifadə edərək “Samsung Galaxy Note 20” smartfonunda müxtəlif oyunlar oynaya bilərlər. Bu halda baş verənlər 82 düymlük “Samsung QLED 8K” televizorunda göstərilir. Həmçinin qonaqlar “Samsung 5G” smartfonlarının köməyi ilə hər hansı faylları yükləməklə “5G” şəbəkələrinin işləmə sürətini qiymətləndirə bilərlər.