Yapon avtomobil markası Toyota, dünya səviyyəsində istehsalının son 9 ayda ilk dəfə artdığını və sentyabr ayında 11,7 % artaraq 841 min 915 olduğunu açıqlayıb.
Fins.az xəbər verir ki,Toyota Motor, Daihatsu və Hino markaları da daxil olmaqla sentyabr ayında istehsal və satış rəqəmlərini açıqlayıb.
Buna görə, Toyota-nın dünya səviyyəsində istehsal və satış göstəriciləri sentyabr ayında bərpa olunub və keçən ilki səviyyələri keçib. Yanvar ayından bəri ilk dəfə artan markanın istehsalı, sentyabr ayında ötən ilin müfafiq dövrü ilə müqaisədə 11,7 artaraq 841 min 915-ə çatıb. Nəticə Çin və Yaponiyada istehsal artımı olub.
Digər tərəfdən, qlobal istehsal Daihatsuda 10,1% azalaraq 121 min 483-ə, Hino-da 37,2 % azalma ilə 10 min 459-a düşüb.
Müəllif:Aynur Qəniyeva