AVTO

27 Oktyabr

Elektromobillərin qiymətləri nə zaman enəcək?

Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il isə 15% təşkil edəcək. Hal hazırda elektromobillərin sürətli yayılmalarının əsas problemi onların bahalı qiymətə satılmalarıdır. Son proqnozlara əsasən yaxın zamanda elektromobillərin maya dəyərləri benzinlə çalışan adi avtomobillərin maya dəyərləri ilə eyni səviyyədə olacaq. Bu barədə The Guardian saytı xəbər verib. Elektromobillərin ən bahalı komponentləri məhz batareyalardır. Belə ki, elektromobilin yekun qiymətinin 25%-40%-ni məhz batareya təşkil edir.

    Gözləntilərə əsasən artıq 2022-ci ildə elektromobillərin maya dəyərləri ilə benzin vasitəsilə çalışan adi avtomobillərin maya dəyərləri arasındakı fərq 1900$ təşkil edəcək və 2024-cü ildə bu fərq ümumiyyətlə aradan qalxacaq. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətlərinin aşağı düşməsi gözlənilir. Belə ki, 2022-ci ildə 1 kilovatt saatın qiyməti 100$-dan aşağı düşəcək. Bu isə öz növbəsində 2025-ci ilə kimi elektromobillərin bazardakı paylarının 17%-ə, 2030-cu ilə kimi isə 40%-ə yüksələcəyinə şərait yaradacaq.

Məlumata əsasən elektromobillərin istehsalat templərinin artmasına bir çox böyük şirkətlərin elektromühərriklərə keçid etmək istəmədikləri təsir göstərir. Bir tərəfdən həmin şirkətlərin bu cür mövqeləri iqtisadiyyat baxımından anlaşılandır. Belə ki, mövcud olan avtomobil modellərinin elektromühərriklərə keçid etmələri onların qiymətlərinin yüksəlməsinə gətirib çıxardacaq. Bundan əlavə olaraq daha bir problem ondan ibarətdir ki, hal hazırda batareya bazarını LG və Panasonic kimi şirkətlər öz aralarında bölüşdürüblər. Bu isə rəqabətin aparılmasına münbit şərait yarada bilmir və buna görə də qiymətlərin sürətli şəkildə aşağı düşmələri mümkünsüzdür.

(c)technote