AVTO

27 Oktyabr

Zümrüd rəngdə Gelandewagen - FOTO

Polşada fəaliyyət göstərən Carlex Design atelyesi Mercedes-AMG G 63 modelinin xüsusi versiyasını təqdim edib.

Fins.az xəbər verir ki, Racing Green Edition adlandırılan model yeni kuzov rənginə, karbondan dama, qara təkər disklərinə və yenidən tərtib edilmiş interyerə sahibdir. Mercedes-AMG G 63 ofrouderinin kuzovunu dolğun zümrüd rəngə boyanıb, kandarların üst hissəsinə seçilən qızıl zolaqlar yapışdırılıb, 22-düymlük qrafit rəngli təkər diskləri və qızıl rəngli əyləc supportları quraşdırılıb.