AVTO

26 Oktyabr

Volkswagen ikiyanacaqlı modelini təqdim edib - FOTO

Volkswagen şirkəti səkkizinci nəsil Golf modelinin sıxılmış təbii qazla işləyən Golf TGI modifikasiyasını təqdim edib.

Fins.az xəbər verir ki, yeni Volkswagen Golf TGI modeli qohum Skoda Octavia G-Tec və Audi A3 Sportback 30 g-tron modelləri ilə eyni güc qurğusu ilə təchiz edilir. Hetçbekin kapotunun altında 131 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Güc qurğusu yeddi pilləli DSG robotu ilə birlikdə calışır. Mühərrik, tullantıların səviyyəsini azaltmaq və səmərəliliyi artırmaq üçün Miller dövründən istifadə edir.