AVTO

20 Oktyabr

Volkswagen yeni modelini təqdim edib

Volkswagen şirkəti Golf GTI hetçbekinin Clubsport indeksli versiyasını təqdim edib.

Fins.az xəbər verir ki, hetçbek 300 at qüvvəli mühərrikə, alternetivsiz "robota" və ön ötürməyə malikdir. Clubsport versiyasının kapotu altında yerləşdirilmiş mühərrik Golf GTI modelindən tanış olan 2,0-litrlik EA888 turbomühərrikidir.

Mühərrikin gücü 55 at qüvvəsi, fırlanma anı isə 30 Nm artırılıb. Nəticədə, yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışan “turbodördlüyün” hasilatı 300 at qüvvəsinə və 400 Nm-ə qədər yüksəldilib.