AVTO

16 Oktyabr

Azərbaycan nəqliyyat vasitələrinin istehsalını 60%-dək artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 236,9 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2%, sair nəqliyyat vasitələrinin istehsalı 59,4% artıb, maşın və avadanlıqların istehsalı isə 28,9% artıb.

Yanvar-sentyabr aylarında Azərbaycanda 1 382 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 306 әdәd və ya 18,1% az minik avtomobili təşkil edir. Bu il oktyabrın 1-nə ölkədə 140 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 220 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 73,7% azdır. Bu il oktyabrın 1-nə ölkədə 183 ədəd hazır məhsul ehtiyatı yaranıb