AVTO

16 Oktyabr

“Volvo”nun xalis mənfəəti üç dəfəyə yaxın azalıb

İsveçin “Volvo Group” avtokonserninin xalis mənfəəti 2020-ci ilin ilk 9 ayında illik ifadədə 2,7 dəfə azalaraq 10,714 milyard İsveç kronuna (təxminən 1,2 milyard ABŞ dollarına) düşüb.

Fins.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının hesabatında göstərilib.

Hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət 4,97 İsveç kronu (0,56 ABŞ dolları) təşkil edib. Ötən il bu göstərici 14,36 krona (1,61 dollara) bərabər idi. Şirkətin satışları 26% azalaraq 241,528 milyard krona (27,2 milyard dollara) düşüb.

Sırf üçüncü rüb üzrə “Volvo”nun mənfəəti illik müqayisədə 21,8% azalaraq 5,9 milyard kron (664 milyon dollar) təşkil edib. Bir səhm üçün seyrəltilmiş mənfəət 2,81 kron (0,32 dollar) təşkil edib. Ötən il bu göstərici 3,67 krona (0,41 dollar) bərabər idi. Şirkətin satışları 22% azalaraq 76,852 milyard krona (8,66 milyard dollara) düşüb.

© Report