Honda şirkəti yeni konsept avtomobilini təqdim edəcəyini bildirib.
Fins.az xəbər verir ki, yeni konseptin əsasında, yapon markasının Çin bazarında satılacaq ilk elektomobili inşa ediləcəkdir. Xatırladaq ki, Honda e elektrik hetçbeki Çində təklif edilmir. Konsept avtomobilinin təqdimatı Pekin avtosalonunda baş tutacaqdır.
Hələlik isə, şirkət minimalism üslubunda dizayna malik olan prototipin tizerini dərc edib.