Kanadanın Alberta vilayətində Tesla avtopilotu ilə bağlı maraqlı hadisə yaşanıb.
Fins.az xəbər verir ki, elektrokarın sürücü və sərnişini yatmağa qərar veriblər, nəzarətsiz qalan avtopilot isə, 150 km/saata qədər sürətlənib. Bu, digər sürücülərin diqqətini çəkib. Hadisə barədə Kanadanın Kral Atlı Polisinin saytında yazılıb.