AVTO

06 Oktyabr

AvtoVAZ 4 günlük iş həftəsinə keçir -SƏBƏB 

AvtoVAZ rəhbərliyi, Rusiya minik avtomobillərinin bazarı üçün mənfi proqnozlarla əlaqədar olaraq 1 yanvar 2021-ci ildən etibarən müəssisədə 4 günlük iş həftəsinin tətbiq edilməsi barədə qərar verdiyini elan edib

Fins.az xəbər verir ki, bu barədə TASS xəbər verir 

Məlumata görə, AvtoVAZ, Rusiya avtomobil bazarının inkişafı ilə bağlı mənfi proqnozlarla əlaqədar olaraq 1 yanvar 2021-ci ildən altı ay müddətində  natamam 4 günlük iş həftəsini tətbiq etməyi planlaşdırır.

Bundan əvvəl Voljski Avtomobil Zavodu, 29 iyun 2020-ci ildən etibarən 4 günlük iş rejiminə keçməyi planlaşdırırdı, lakin sonradan bazarın "canlanması" və avtomobillər üçün sifarişlərin artması səbəbindən bundan imtina edib.

Müəllif:Aynur Qəniyeva